Xəbər lenti

Xəzər dənizində zəlzələ oldu
Ölkə 08:54 09.04.2026

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat 02:17-də qeydə alınıb, dərinliyi 12 kilometr olub.

Xatırladaq ki, aprelin 8-də Xəzər dənizində ən böyüyü 5,3 olmaqla, dörd zəlzələ qeydə alınıb.


--> -->