Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.04.2026-cı il tarixində yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
13.50
Xəzər dənizində növbəti dəfə zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələnin maqnitudası 3.2, dərinliyi 20 km olub.
13.32
Xəzərdə zəlzələ qeydə alınıb.
Bu barədə Qaynarinfo-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Maqnitudası 5.3 olan yeraltı təkan yerli vaxtla 13:05-də 70 km dərinlikdə baş verib.
Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.
13.18
Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ 35 km dərinlikdə qeydə alınıb.
Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.
Şərhlər