Ölkə 11:28 30.10.2023

Yanvarda quru sərhədlər açıla bilər? (ŞƏRH)

"Quru sərhədlərin bağlı qalması təhlükəsizlik məsələləri ilə bağlı idi ki, bu problemi də Azərbaycan həll etdi".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Xankəndi və digər bölgələrdəki məsələlər artıq həll olunub: 

"Ümid etmək istəyirəm ki, Nazirlər Kabineti artıq quru sərhədlərlə bağlı qərarını uzatmayacaq və yanvar ayından Azərbaycan Konstitusiyasına uyğun olaraq insanların sərbəst şəkildə səyahət etmək hüququ bərpa olunacaq. Əslində, quru sərhədlərin açılması qərarını Nazirlər Kabineti verməlidir, lakin indiki halda bu qərarı Operativ Qərargah verəcək".
 


"Müxtəlif səbəblərdən sərhədlərin bağlı qalması məlum idi. Çünki bunun pandemiya, virusla heç bir əlaqəsi yoxdur. Dünyanın hər yerində bütün məhdudiyyətlər bitib", deyə Natiq Cəfərli bildirib.

Bahar Rüstəmli