Xəbər lenti

Ölkə 14:32 09.12.2023

Yaşar Əliyev dəfn edildi

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev dəfn olunub.

"Report" xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, Y.Əliyev dekabrın 8-də vəfat edib. Y.Əliyev 1948-ci ildə Bakıda anadan olub. O, Milli Məclisin I və II çağırış üzvü, parlamentin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Bundan əlavə, Y.Əliyev Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

Xatırladaq ki, Y.Əliyev Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->