Xəbər lenti

İdman 16:38 31.12.2022

Yaşı 30-dan yuxarı olan ən bahalı 10 futbolçu (SİYAHI)

Dünyanın yaşı 30-dan yuxarı olan ən bahalı futbolçuları müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, siyahıya Lionel Messi başçılıq edir. Argentina ilə dünya çempionu olan 35 yaşlı futbolçunun dəyəri 50 milyon avordur.

İkinci pillədə Robert Levandovski qərarlaşıb. "Barselona"nın 34 yaşlı polşalı ulduzuna 45 milyon avro qiymət qoyulub.

İlk "üçlüy"ü Kriştiano Ronaldo qapayır. Ötən gün Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə 200 milyon avro dəyərində müqavilə imzalayan portuqaliyalının transfer qiyməti 20 milyon avrodur.

1. Lionel Messi (35 yaş, Argentina) - 50 milyon avro
2. Robert Levandocski (34 yaş, Polşa) - 45 milyon avro
3. Kərim Benzema (35 yaş, Fransa) - 35 milyon avro
4. Kriştiano Ronaldo (37 yaş, Portuqaliya) - 20 milyon avro
5. Manuel Noyer (36 yaş, Almaniya) - 12 milyon avro
6. Angel Di Mariya (34 yaş, Argentina) - 12 milyon avro
7. Luka Modriç (37 yaş, Xorvatiya) - 10 milyon avro
8. İaqo Aspas (35 yaş, İspaniya) - 7 milyon avro
9. Duşan Tadiç (34 yaş, Serbiya) - 7 milyon avro
10. Hüqo Lloris (36 yaş, Fransa) - 7 milyon avro

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->