Xəbər lenti

Yaz-yay mövsümü üçün trend olan və
Dünya 08:15 07.05.2026

Yaz-yay mövsümü üçün trend olan və "elit" görünən manikürlər (FOTO)

Gözəl manikür üçün qadınlar bəzən yüksək məbləğlər ödəməyə hazır olurlar. Qiymət şəhərdən, ustanın səviyyəsindən və seçilən dizayndan asılı olsa da, hər zaman bahalı olması nəticənin daha yaxşı olacağı anlamına gəlmir. Bəzi dizaynlar var ki, hətta sadə salonda və ya az təcrübəli usta tərəfindən edilsə belə, vizual olaraq bahalı təsir bağışlayır. 

Qaynarinfo xəbər verir ki, stilistlər 2026-cı ilin yaz-yay mövsümü üçün trend olan və "elit” görünən manikür variantlarını açıqlayıblar.

Ən zövqlü manikür növləri – dizayn variantları

Sadə, amma effektli yaz manikürü istəyənlər üçün bir neçə nail-art variantı yenidən populyarlıq qazanıb.

Perlamutr



Uzun illər "köhnə dəb” sayılan perlamutr manikür yenidən trendə çevrilib. Xüsusilə südlü, sakit tonlar – parlaq rənglər olmadan – daha aktualdır. Yüngül parıltılı və ya perlamutr effektli neytral çalarlar qısa dırnaqlarda belə zərif və bahalı görüntü yaradır.

Mikrofrenc



Klassik fransız maniküründən fərqli olaraq, mikrofrenc daha incə xəttlə hazırlanır. Bu, dırnaqlara daha zərif görünüş verir və qısa dırnaqlarda da ideal görünür. Bundan əlavə, dırnaq uzandıqda belə səliqəli görünüşünü qoruyur. Daha klassik variant istəyənlər üçün "qumlu” top örtük istifadə etmək tövsiyə olunur.

Dərin qırmızı



Qırmızı manikür illərdir aktuallığını qoruyur. 2026-cı ilin yazında isə xüsusilə tünd qırmızı və ya bordo çalarlar ön plana çıxır. Stilistlərə görə, bu rəng klassikdir və heç vaxt dəbdən düşmür.

Metalik vurğular



Metalik elementlərlə dizaynlar da bahalı görünüş yaradır. Ən uyğun variant – südlü və ya "nude” baza üzərində minimal 3D metal dekorlardır. Bu elementlər çox olmamalıdır ki, ümumi görünüş sadə və zərif qalsın.

Südlü baza



Südlü tonlu manikür istənilən dırnaq uzunluğu üçün uyğundur. Bu dizayn həm zərif, həm də universal sayılır – müxtəlif geyimlərlə asan uyğunlaşır. Üstəlik, bu üslubun hazırlanması üçün yüksək ustalıq tələb olunmur.

Məxmər (krujeva) effekti



Krujeva motivli manikür incə və romantik görünüş yaradır. Həm qısa, həm də uzun dırnaqlarda tətbiq edilə bilər. Xüsusilə ağ rəngdə olan variantlar daha zərif və eleqant təsir bağışlayır.

Beləliklə, bahalı görünən manikür üçün mütləq elit salona müraciət etmək lazım deyil — düzgün dizayn seçimi kifayət edir.

Aydın
--> -->