Xəbər lenti

Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Ölkə 20:11 06.05.2026

Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah (7 may) saat 10:00-dan etibarən Şəmkir rayonunun Qılıncbəyli, Qaracəmirli, Qaralar, Ağlavaşlı kəndlərinin həmçinin Daşkəsən rayonunun Yuxarı Daşkəsən, Alunitdağ, Mədənçilər qəsəbələrinin və Mollahəsənli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması görüləcək təmir işləri, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən yaz-yay mövsümü ilə bağlı nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədardır.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
--> -->