Xəbər lenti

Qobustanda yeni avtomobil körpüsü istifadəyə verildi
Ölkə 23:56 27.07.2026

Qobustanda yeni avtomobil körpüsü istifadəyə verildi

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində inşa olunan yeni avtomobil körpüsünün tikintisi başa çatıb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində istismar müddətini başa vurmuş köhnə körpü sökülərək onun yerində müasir standartlara cavab verən yeni biraşırımlı körpü tikilib. Körpü müasir mühəndislik tələblərinə uyğun layihələndirilərək inşa edilib.

Tikinti işləri zamanı körpünün dayaqları və aşırım qurğusu tikilib, yanaşma yolları abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki hissələri və digər zəruri yol infrastrukturu elementləri quraşdırılıb.

Yeni avtomobil körpüsü artıq nəqliyyat vasitələrinin istifadəsinə verilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->