Xəbər lenti

İdman 12:03 21.08.2023

Yeni forma sponsoru səhvən tanıdıldı, filmdən silindi

"Nyukasl” üçün hazırlanan sənədli filmdə yeni forma sponsorunun ortaya çıxmasından sonra əlaqəli bölmələr yayımdan çıxarılıb. 

Qaynarinfo-nun məlumatına görə, yeni mövsümdə Premyer Liqa ilə yanaşı Çempionlar Liqasında da iştirak edəcək "Nyukasl"dan bəhs edən "Biz "Nyukasl Yunayted"ik” sənədli filminin ilk bölümü ötən, ikinci hissəsi bu həftə yayımlanıb. Üçüncü hissədə isə klubun yeni forma sponsorunun səhvən təqdim edildiyi üzə çıxıb.

"Atletik"də yer alan xəbərdə, 2024-2025 mövsümündən etibarən "Nyukasl"ın" forma sponsoru "Adidas" olacağı bildirilib. Ancaq filmdəki bu hissələr silinib. Sponsorun təsadüfən ekranda görünməsindən sonra qısa müddət ərzində yenidən əlavə ediləcəyi bildirildi.

Hazırkı forma sponsoru ilə 2027-ci ilə qədər müqaviləsi olan "Nyukasl" anlaşmaya xitam vermək üçün müraciət ünvanlayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->