Xəbər lenti

Yeni Papa bu məşhurlarla qohum imiş - Nəsil ağacı araşdırıldı
Dünya 15:05 19.06.2025

Yeni Papa bu məşhurlarla qohum imiş - Nəsil ağacı araşdırıldı

Katolik Kilsəsinin yeni ruhani lideri Papa XIV Lev yalnız dini missiyası ilə deyil, şəxsi keçmişi ilə də gündəmdə qalır. 

Qaynarinfo xəbər verir ki, aparılmış nəsil ağacı araşdırmasına əsasən, Papa Levin bir sıra tanınmış şəxslərlə qohumluq əlaqəsi olduğu ortaya çıxıb.

"New York Times"ın nəsil ağacı üzrə mütəxəssislərlə birgə keçirdiyi araşdırmada Papa XIV Levin (69 yaş) son 500 ilə aid nəsil əlaqələri tədqiq edilib. Nəticələrə görə, Papa Lev pop musiqi ifaçısı Madonna, aktyor Rayan Qoslinq, siyasətçi Hillari Klinton, Kanadanın sabiq baş naziri Castin Trüdo, kanadalı müğənni Castin Biber və Hollivud ulduzu Ancelina Coli ilə eyni nəsil ağacında yer alır və bu şəxslərlə uzaqdan qohumdur. ABŞ-dan seçilən ilk Papa olan Lev ilə bu məşhurlar arasında qohumluq bağı, 1500-cü illərdə Kanadada yerləşən Kvebek bölgəsində yaşamış fransız əsilli məskun Louis Buşer de Qranpreyə qədər gedib çıxır.

Qara dərili əcdadları da var

Nəsil ağacı üzrə mütəxəssislərinin bildirdiyinə görə, XVI və XVII əsrlərdə Kvebekə köç etmiş məhdud sayda avropalı ailə, nəsillər boyunca həm Kanadada, həm də sonradan Amerika qitəsinin digər bölgələrində genişlənərək vahid bir soy zənciri formalaşdırıblar. Bu soy zənciri nəticəsində XIV Lev bu gün Madonna, Castin Biber, Ancelina Coli, Hillari Klinton və bir çox məşhurla uzaq qohum sayılır.

Bundan əlavə, araşdırmalara əsasən Katolik Kilsəsinin yeni liderinin 17 afroamerikalı əcdadı da müəyyən olunub. Bu əcdadlardan səkkizi kölə sahibi, bir çoxu isə qara dərili olub. Əsl adı Robert Prevost olan XIV Papa Lev 14 sentyabr 1955-ci ildə Çikaqoda Lui Mariüs Prevost və Mildred Martines cütlüyünün övladı kimi dünyaya gəlib. O, 2023-cü ildə kardinal olaraq vəzifəyə başlayıb, 2025-ci ildə isə Papa seçilərək XIV Lev adını alıb.

Madonnadan diqqətçəkən paylaşım

XIV Papa Lev ilə ortaq əcdadı olduğu xəbəri məşhur müğənni Madonnanın (66 yaş) səssizliyini pozmasına səbəb olub. Sənətçi "Instagram" hesabında atası ilə çəkilmiş fotosunu paylaşaraq "Poz ver! Papa ilə qohum imişik!" qeydi ilə izləyicilərinə müraciət edib. 

Qeyd edək ki, Madonna 1989-cu ildə ifa etdiyi "Like a Prayer" adlı mahnı və onun erotik video klipi səbəbindən Katolik Kilsəsi tərəfindən boykot olunmuşdu.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->