"Sea Breeze" çimərliyində fəaliyyət göstərən "Yummy-Tummy" restoranında oğurluq baş verib.
Qaynarinfo-nun məlumatına görə, restorana gələn müştərilərin birinin çantası oğurlanıb. Olayla bağlı polisə müraciət edilib. Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşlarının cinayətin üstünü açıb.
Məlum olub ki, hadisəni sözegdən restoranın ofisiantı ilə dönərçisi edib. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanıb. Rəvan adlı dönərçinin barəsində məhkəmənin qərarı ilə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri, Kənan adlı osifiantın barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Sabunşu Rayon Məhkəməsində aparılıb. Məhkəmə prosesi zamanı hadisəni törədənlər verilmiş ittiham üzrə özlərini təqsirli bilib.
Məlum olub ki, Kənanla Rəvan Əli adlı iş yoldaşlarını bu hadisədə alət kimi istifadə ediblər. Yəni, çantanı Əli vasitəsi ilə oğurlayıblar. Rəvan Əliyə bildirib ki, çanta qohumlarına məxsusdur. Məsələdən xəbərsiz olan Əli də çantanı götürüb ona verməyə razı olub.
Zərərçəkmişin ifadəsindən məlum olub ki, qiyməti 900 manat olan "Parfois" markalı çantada "Maykl Cours” markalı 500 manat dəyərində pul qabı, 1500 manat dəyərində "İphone 12” markalı mobil telefon, 2500 manat dəyərində 1 cüt qızıl sırğa, 300 manat dəyərində 1 cüt qızılı rəngli bijuteriya, 300 manat dəyərində 1 ədəd qızılı rəngli qolbaq, 80 manat dəyərində "poverbank”, 200 manat dəyərində "Airpod-2 Wireless” markalı qulaqcıq, 2 ədəd "Kapital Bank”a məxsus, 2 ədəd isə "Beynəlxalq Banka” məxsus plastik kart, şəxsiyyət vəsiqəsi, digər sənədləri və 3 manat nağd pul olub.
Hadisəni törədənlər telefon vasitəsilə tutula biləcəklərindən ehtiyat atara onu həmin əraziyə atıblar. Çantanı isə özlərində saxlayıblar.
Məhkəmə zamanı məlum olub ki, çanta içindəki əşyalarla birlikdə sahibinə qaytarılıb.
Hakim Samirə Məmmədlinin çıxardığı hökmə əsasən hə iki təqsirləndirilən şəxsə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onların şübhəli şəxs qismində saxlanıldıqları 1 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabərd tutulmaqla verilən cəzadan çıxılıb və üzərlərində qəti olaraq 1 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər