Xəbər lenti

Dünya 19:00 18.08.2023

Yunanıstan səs-küylü qətldən sonra futbol azarkeşləri üzərində nəzarəti gücləndirir

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis AEK azarkeşinin öldürülməsindən sonra futbol fan-klublarına nəzarətin gücləndirildiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "eKathimerini”yə istinadən "Yevropeyska pravda” məlumat yayıb.
 
Mitsotakisin sözlərinə görə, bundan sonra hər bir futbol komandasının yalnız bir rəsmi fan-klubu ola bilər və o, hər bir futbol klubunun qərargahında fəaliyyət göstərməlidir.

Yunanıstanın baş naziri müvafiq bəyanatla UEFA prezidenti Aleksander Çeferin, digər nazirlər və "Olimpiakos”, "Panatinaikos”, AEK və PAOK futbol klublarının sahibləri ilə görüşündə çıxış edib.

"Fan-klublar bağlanacaq. Hər komandanın yalnız komandanın qərargahında yerləşdiyi bir fan-klub olacaq", - Mitsotakis izah edib. 

Bundan əlavə, onun sözlərinə görə, azarkeşlərin stadiona giriş üçün istifadə etdiyi darvazalar indi polisin səlahiyyətinə keçəcək və onlar uyğun gördükləri zaman yoxlama aparmaq hüququ qazanacaqlar.

Yunanıstanın baş naziri ümid etdiyini bildirib ki, hakimiyyət son çarəyə - Yunanıstan komandalarının Avropa klublararası futbol yarışlarından müvəqqəti kənarlaşdırılmasına əl atmağa məcbur edilməyəcək.

29 yaşlı fanat Mixalis Katsourisin qətlindən danışan Mitsotakis cinayətkarların tapılacağına və cəzalandırılacağına əminliyini ifadə edib.

Xatırladaq ki, avqustun 8-də zorakılıq səbəbindən Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində AEK - Zaqreb "Dinamo"su Avropanın idarəedici futbol qurumu UEFA tərəfindən ləğv edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->