Xəbər lenti

Yunanıstandan təxribat: Türkiyə NATO-nun təlimindən imtina etdi
Dünya 14:34 30.04.2022

Yunanıstandan təxribat: Türkiyə NATO-nun təlimindən imtina etdi

Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri 9-20 may 2022-ci il tarixlərində Yunanıstanda keçirilməsi planlaşdırılan NATO "Tiger Meet" təlimlərində iştirakdan imtina edib. 

Qaynarinfo "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bu barədə şənbə günü Ankaradakı təhlükəsizlik strukturlarından olan mənbələr məlumat verib.

Türkiyə tərəfinin nümayişkaranə addım atmasına səbəb Yunanıstanın iki ölkə arasında ziddiyyətlər barədə spekulyasiya etmək üçün təlimlərin ssenarisinə texniki əlavələr daxil etməsi olub.

Ankara Afinanın hərəkətlərini qəbuledilməz və beynəlxalq hüquqa zidd adlandırıb.

Türkiyə tərəfinin təlimlərin ssenarisinə əlavələrin ləğvi ilə bağlı təkidli tələbi rədd cavabı alıb.

Buna cavab olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri aprelin 22-də Afinaya rəsmi məlumat verərək "Tiger Meet"də iştirakdan imtina ediblər.

Türkiyə Yunanıstan hakimiyyətinin NATO təlimlərindən siyasi manipulyasiya vasitəsi kimi istifadə etmək cəhdlərini pisləyib.

"Yunanıstanın mövqeyi NATO çərçivəsində əsasında dostluq və əməkdaşlığı gücləndirmək məqsədi dayanan təlimlərə zərbə vurur. Üstəlik, Türkiyənin hüquq və mənafeyini pozmağa cəhdlər var”, deyə Ankaradakı mənbələr vurğulayıb.

"Tiger Meet" təlimləri ənənəvi olaraq NATO-nun müxtəlif üzv ölkələrində keçirilir. 2005 və 2015-ci illərdə oxşar təlimlər Türkiyədə də keçirilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->