Dünya 18:52 13.05.2022

Zelenski Makronu tənqid etdi: “Məndən Putini qorumağımı istəyir”

Ukrayna prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronu tənqid edib.

Qaynarinfo bu barədə "Then 24” saytına istinadla xəbər verir

"Biz Rusiya üçün çıxış yolu axtarmamalıyıq və cənab Makron bunu nahaq edir. O etdiyi vasitəçilikdə konkret nəticələr əldə etmək istəyirdi. Ancaq onu əldə edə bilmədi, bu bizim tərəfimizdən olmadı, onlar tərəfdən oldu”,- Zelenski deyib. 

Zelenski bildirib ki, Makron Putinin simasını qorumaq üçün onun Ukraynanın suverenliyini güzəştə getməsini istəyir: 

"Mənə elə gəlir ki, belə şeyin təklif edilməsi bu vəya digər lider tərəfindən düzgün hərəkət deyil. Biz öz ərazilərimiz hesabına kiminsə nəyinisə xilas eləmək fikrində deyilik. Məncə, bu heç ədalətli deyil. Bu, vaxt itkisidir. 

Rusiya 24 fevralda göstərdi ki, ona heç bir güzəşt lazım deyil, o əraziləri almaq qərarı veribsə, bunu edəcək. Ona görə də Emmanuelin bu və ya digər diplomatik səylərinə ehtiyac yoxdur. O prezident seçildi, mən onu dəstəkləyirəm. Ancaq geri heç bir addım atmaq yoxdu, tarix bizi bağışlamaz. Sənə aid olanı qaytarmaq istəyirsənsə, ancaq irəli addım atmalısan”, - Zelenski bildirib. 

Nurlan Hüseynov