Dünya 18:47 15.02.2023

"Zelenski müdafiə naziri postunda qalmağımı istədi" - Reznikov

Ukrayna müdafiə naziri Aleksey Reznikov bildirib ki, prezident Volodimir Zelenski ondan vəzifəsində qalmasını istəyib. Ona görə də istefa elan olunmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna" "The Guardian"a istinadən yazıb.

Reznikov yaxın aylarda müdafiə naziri vəzifəsində qalmağı planlaşdırdığını təsdiqləyib: "Bəli, bu, mənim prezidentimin qərarı idi".

Xatırladaq ki, bir müddət əvvəl hakim "Xalqın xidmətçisi” partiyasından Müdafiə Nazirliyində baş verən bir sıra korrupsiya qalmaqallarından sonra Aleksey Reznikovun vəzifəsindən uzaqlaşdırıla biləcəyi bildirilib. Qeyd olunub ki, nazir postu Baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanova verilə bilər.

Lakin sonradan məlum olub ki, Reznikov istefa verməyib. Rəsmi olaraq bu qərarın səbəbi açıqlanmayıb.

Nizami Bağırov