"Hər zaman 33-cü saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olmuşam".
Bunu Qaynarinfo-ya açıqlamasında Zəlimxan Məmmədli deyib. O, hazırda hansı dairədən namizədliyini irəli sürəcəyi ilə bağlı məsləhətləşmələr apardığını da bildirib:
"Siyasətlə məşğul olan insan hər zaman seçkiyə hazır olmalıdır. Məsləhətləşmələrdən sonra son qərarımı məqamı çatanda bildirəcəm".
Zəlimxan Məmmədli vurğulayıb ki, məsləhətləşmələrin nəticəsinə uyğun qərar verəcək:
"33-cü saylı Xətai birinci seçki dairəsindən namizəd olacağımı istisna etmirəm. Düşünürəm ki, deputat seçilmək şansım yüksəkdir".
Bahar Rüstəmli
Şərhlər