Xəbər lenti

Zəngilanda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımın son vəziyyəti (FOTO)
Ölkə 12:00 27.10.2022

Zəngilanda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımın son vəziyyəti (FOTO)

Zəngilanda səfərdə olan zaman yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini, keçmiş Baş nazir Binəli Yıldırım və hakim partiyadan millət vəkili Şamil Ayrımın səhhəti barədə açıqlama verilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay özünün "Twitter" hesabında paylaşım edib.

Fuad Oktay Binəli Yıldırım və Şamil Ayrımı xəstəxanada ziyarət edib, vəziyyətlərinin yaxşı olduğunu bildirib. 

Qeyd edək ki, Binəli Yıldırım və Şamil Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->