Xəbər lenti

İdman 10:45 09.07.2026

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

UEFA ötən gün Çempionlar Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. 

Buna "Sabah"ın ardından, "Zirə"nin də KL-dəki uğurlu startı şərait yaradıb. Gürcüstan "Torpedo Kutaisi"sini evdə 3:0 hesabı ilə darmadağın edən Rəşad Sadıqovun komandası ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal isə 0.500-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.062-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Slovakiyanın 18,250 xalı var. Bir pillə öndə - 25-ci yerdə qərarlaşmış İsrailin xal ehtiyatı isə 20,750-dir.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir. 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->