Xəbər lenti

İdman 20:28 08.02.2026

"Zirə" "Sumqayıt" üzərində qələbə qazandı

Misli Premyer Liqasının XIX turunda daha bir görüş baş tutub.

Qaynarinfo xəbər verir ki, "Sumqayıt" evdə "Zirə" ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş "Zirə"nin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

"Sumqayıt"ın heyətində Nikola Ninkoviçlə (26) Aleksandr Ramalinqom (50) fərqləniblər. "Zirə"nin qollarını isə Davit Volkov (24) və Qismət Alıyev (35) və Giorgi Papunaşvili (88) fərqləniblər.

Qeyd edək ki, turun bu gün baş tutan açılış matçında "Sabah" evdə "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.
--> -->