Xəbər lenti

1 həftədə 19 min manatdan çox ziyan dəyib - Dövlət Xidməti
Ölkə 17:58 24.07.2026

1 həftədə 19 min manatdan çox ziyan dəyib - Dövlət Xidməti

Bakı şəhəri və Quba rayonu ərazisində son bir həftə ərzində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi Mikayıl Müşfiq küçəsində, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Həsrət Ağamalıyev küçəsində və Quba rayonu Zərdabi qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 19 460 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. pizza mizza

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->