XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qarabağ" "Şəfa"nı məğlub etdi
İdman21:50 18.09.2026

"Qarabağ" "Şəfa"nı məğlub etdi

Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Şəfa"ya qalib gəlib.

Qaynarinfo xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
61-ci dəqiqədə əllə oyuna görə təyin olunan penalti zərbəsini Marko Yankoviç qola çevirib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 13 xalla turnir cədvəlinin ikinci pilləsindən qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onuncudur.
Qeyd edək ki, turun açılış matçında "Neftçi" "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.