Xəbər lenti

10 konsertdən 500 milyon lirə gəlir - Meqastarın qazancı açıqlandı
Dünya 17:10 06.02.2026

10 konsertdən 500 milyon lirə gəlir - Meqastarın qazancı açıqlandı

7 illik fasilədən sonra İstanbulda ardıcıl 10 konsert verən meqastar Tarkan əldə etdiyi gəlirlə gündəmə gəlib.
 
Qaynarinfo xəbər verir ki, anşlaqla keçən konsertlərdən məşhur sənətçinin təxminən 500 milyon TL gəlir əldə etdiyi bildirilir. Lakin hələlik bununla bağlı rəsmi məlumat açıqlanmayıb.

Minlərlə pərəstişkarın qatıldığı konsertlərdə Tarkan səhnə performansı ilə böyük maraq toplayıb.

Konsertlərdə sürpriz qonaqlar da səhnəyə çıxıb. Tarkan Cem Yılmaz, Sibel Can, Ata Demirer və Ajda Pekkanı səhnəsində qonaq edib. 

Günay
--> -->