Xəbər lenti

88 yaşını qeyd edən Xalq artisti:
Sənət 16:13 06.02.2026

88 yaşını qeyd edən Xalq artisti: "99-u da qeyd edəcəm"

Bu gün Azərbaycanın Xalq artisti Rafiq Əzimovun ad günüdür. 

88 yaşını qeyd edən sənətkar Qaynarinfo-ya açıqlamasında 10 il sonra da xoşbəxt şəkildə yaşamağa ümid etdiyini bildirib: 

"Bu gün qoşa 8-in sevincini yaşayıram. Allah ömür versə, 10 ildən sonra isə iki 9-u qeyd edəcəm. Özümü çox gümrah hiss edirəm. Teatrda tamaşalarım var, repertuarım zəngindir. Bu günə qədər ürəyimdən keçən hər bir obrazı oynamışam. Hansı rolları arzuladım, onu da ifa etmişəm. İşimiz yaradıcılıqdır, 64 ildir ki, bir teatrda – Akademik Milli Dram Teatrında – çalışıram. Bu, hər sənətkar üçün böyük şansdır, hər adama nəsib olmayan bir qismətdir. Burada kimləri görməmişəm, saysız-hesabsız sənət adamları ilə rastlaşmışam; hər biri bir məktəbdir. Hər birindən bir şey öyrəndim və bu gün də öyrənməkdəyəm”. 

88 yaşlı sənətkar hesab edir ki, aktyoru yaşadan səhnədir və yaradıcılıq onun üçün həyatın mərkəzindədir. 

Bahar Rüstəmli

--> -->