Xəbər lenti

Ölkə 00:43 23.02.2024

34 yaşlı müəllim faciəvi şəkildə həlak oldu

İsmayıllıda baş verən qəzada ölən qadın müəllim olub.

Qaynarinfo-nun Lent.az-a istinadən məlumata görə, Nigar Bayramova Zaqataladandır. O, orta məktəb müəllimi olub.

Qeyd edək ki, fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində "MAZ” markalı yük avtomobili ilə "Azsamand” markalı minik avtomobili toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib.

Araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?