Dünya 21:03 12.04.2023

“444” nəşri ABŞ-ın Macarıstana qarşı sanksiyalar planlarından xəbər tutdu

Macarıstanın "444" internet nəşri bir neçə diplomatik mənbəyə istinadən yazır ki, ABŞ hökuməti Macarıstanda "nüfuzlu şəxslərə" sanksiya tətbiq etməyi planlaşdırır.

Qaynarinfo bu barədə RBK-ya istinadla xəbər verir.

"Biz bir neçə müstəqil diplomatik mənbədən öyrəndik ki, ABŞ administrasiyası Macarıstan hökumətini cəzalandırmaq üçün yeni tədbirlər, o cümlədən nüfuzlu şəxslərə qarşı mümkün sanksiyalar tətbiq etməyi planlaşdırır”, - nəşr yazıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, aprelin 12-də ABŞ-ın Budapeştdəki səfiri Devid Pressman sanksiyaların elan oluna biləcəyi mətbuat konfransı keçirməyə hazırlaşır. Eyni zamanda tədbiri təşkil edən Amerika səfirliyi brifinqin mövzusunu rəsmi olaraq açıqlamayıb.

Bu, 2014-cü ildə korrupsiyada şübhəli bilinən bir neçə Macarıstan vətəndaşının Birləşmiş Ştatlara girişinə qadağa qoyulduğu halla oxşar ola bilər, - 444 qeyd edib.

Nəşr onu da xatırladır ki, Pressman və Macarıstanın baş naziri Viktor Orban bir-birini dəfələrlə tənqid ediblər. Amerikalı diplomat Macarıstan mətbuatını Rusiya təbliğatını aparmaqda ittiham edib. Orban həmçinin hesab edir ki, ABŞ Ukrayna münaqişəsi fonunda Rusiya ilə münasibətlərlə bağlı "Macarıstana təzyiq etmək” istəyir.

Alpər