Xəbər lenti

5 kq-lıq qızıl qalmaqalı: Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq
Ölkə 16:31 08.07.2026

5 kq-lıq qızıl qalmaqalı: Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq

Türkiyəli iş adamı Cəlal Girginin şikayəti əsasında Sumqayıtda yerləşən "İlay Gold" qızıl mağazasının sahibi Aynurə Cəfərova ilə bağlı yenidən araşdırma aparılacaq.

Qaynarinfo-nun məlumatına görə, Türkiyədə fəaliyyət göstərən "Karina Gold” qızıl mağazaları şəbəkəsinin sahibi Cəlal Girgin nümayəndəsi vasitəsilə Cəfərova Aynurə Əlövsət qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edib.

Şikayətə əsasən, Aynurə Cəfərova İstanbula gedərək özünü xəstəxanada çalışan həkim, bacısını həmin xəstəxananın baş həkimi, ərini isə yüksək vəzifəli dövlət məmuru kimi təqdim edib. Cəlal Girgin bu məlumatlara inanaraq "Karina Gold” qızıl mağazalarının Azərbaycanda filialının açılmasına razılıq verib.

İddialara görə, daha sonra Aynurə Cəfərova Sumqayıt şəhərində qızıl mağazası açıb. Lakin mağazaya "Karina Gold” deyil, "İlay Gold” adı verilib. O, bunu "Karina” adının guya erməni adına bənzədiyi ilə əsaslandırıb.

Şikayətçi bildirir ki, 2025-ci ildə Cəlal Girgin karqo vasitəsilə mağazada satış üçün əvvəlcə 3 kiloqram, daha sonra isə 2 kiloqram qızıl göndərib. İddialara əsasən, Aynurə Cəfərova sonradan müxtəlif bəhanələr gətirərək göndərilən qızılların dəyərini Cəlal Girginə ödəməyib.

Məhkəmə Cəlal Girginin şikayətini təmin edib. Aynurə Cəfərova barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz hesab edilərək ləğv olunub. İş üzrə əlavə araşdırmanın aparılması üçün qərarın surəti aidiyyəti üzrə göndərilib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->