654 balla Qarabağ Universitetində oxumaq istəyən Əli danışdı (VİDEO)
Əli Rüstəmzadə Qarabağ Universitetində təhsil almaq istəyən minlərlə abituriyentdən biridir.
Qaynarinfo Xezerxeber.az-a istinadən xəbər verir ki, Mingəçevir sakini Əli Rüstəmzadə 17 saylı orta məktəbin məzunudur. O, imtahanlarda 654 bal toplayıb. İlk seçimi Qarabağ Universitetinin hüquqşünaslıq ixtisası olacaq.
Onun bu fikirlərini valideynləri də dəstəkləyir.
Əli Rüstəmzadə ali məktəbi bitirdikdən sonra ixtisasına uyğun olaraq Xankəndində işləmək niyyətində olduğunu da qeyd edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər