8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu (VİDEO)
Köhnə asfalt qatı qaşınır, yerinə yenisi döşənir...
Qaynarinfo Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər 8-ci km bazarının olduğu Naxçıvanski küçəsindəndir.
Ərazidən hər gün istifadə edən vətəndaşlar deyir ki, yeni yolun çəkilməsi bazara gəliş-gedişi asanlaşdıracaq.
Satıcılar isə bildirir ki, yolun təmir olunmaması onların satışına təsir edir.
Aparılan təmir işlərinin yaxın zamanlarda yekunlaşması gözlənilir.
Qeyd edək ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hazırda paytaxtın 6 inzibati rayonu üzrə ümumilikdə 45 yol sahəsində təmir işləri aparılır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər