Xəbər lenti

Cənnət çimərlikləri: Zəngin tarixə malik 4 büdcəli Aralıq dənizi kurortu (FOTO)
Dünya 21:57 23.07.2026

Cənnət çimərlikləri: Zəngin tarixə malik 4 büdcəli Aralıq dənizi kurortu (FOTO)

Aralıq dənizi tətili çox baha başa gəlmir. Bunun üçün daha az tanınan, lakin heç də gözəl olmayan şəhərlərə diqqət yetirməlisiniz.

Qaynarinfo xəbər verir ki, "TravelOffPath” turizm portalı münasib qiymətlər, gözəl çimərliklər və zəngin tarixi ilə seçilən dörd kurortu tövsiyə edib.

1. Saranda (Albaniya)

Siyahıya Albaniyanın yay paytaxtı hesab olunan Saranda başçılıq edir. Şəhər İon dənizinin şəffaf suları, mənzərəli çimərlikləri və zəngin tarixi ilə turistləri cəlb edir. Eyni zamanda, burada Yunanıstanın məşhur kurortları ilə müqayisədə daha az turist olur.

Sarandadan cəmi 15 dəqiqəlik məsafədə yerləşən Ksamil ağ qumlu çimərlikləri, firuzəyi suları və kiçik adaları ilə diqqət çəkir. Şəhərdən təxminən 30 dəqiqəlik məsafədə yerləşən "Blue Eye” (Mavi göz) təbii bulağı isə parlaq mavi-yaşıl rəngli suyu ilə məşhurdur.

Tarix həvəskarları üçün UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "Butrint” Milli Parkı da Sarandaya yaxın yerləşir. Burada qədim teatr, şəhər divarları, Bizans bazilikaları, Roma hamamları və məbədlər qorunub saxlanılıb.

Sarandada küçə yeməkləri 4–8 ABŞ dolları, iki nəfərlik restoranda üç çeşidli şam yeməyi 55–60 ABŞ dolları, üçulduzlu oteldə gecələmə isə 45–80 ABŞ dolları arasında dəyişir.
 



2. Rodos (Yunanıstan)

Siyahıda ikinci yeri Yunanıstanın Rodos adasının paytaxtı tutur. Şəhər orta əsr memarlığı, qədim tarixi və çimərlikləri ilə seçilir. Tarixi mərkəz Avropanın ən yaxşı qorunub saxlanılmış orta əsr şəhərlərindən biri hesab olunur.

Rodosda da qiymətlər nisbətən əlçatandır. Küçə yeməkləri 4–8 ABŞ dolları, iki nəfərlik restoranda şam yeməyi 55–60 ABŞ dolları, üçulduzlu otellərdə gecələmə isə 45–80 ABŞ dolları təşkil edir. Adada inkişaf etmiş avtobus şəbəkəsi turistlərin rahat hərəkətinə imkan yaradır.
 



3. Girne (Şimali Kipr)

Üçüncü yerdə Kiprin şimalında yerləşən Girne şəhəri qərarlaşıb. Şəhər qədim limanı, orta əsr qalası, daş küçələri və ənənəvi tavernaları ilə fərqlənir. Burada xüsusilə dəniz məhsulları ilə hazırlanan yerli yeməklər tövsiyə olunur.

Girnedə küçə yeməkləri 4–8 ABŞ dolları, iki nəfərlik restoranda şam yeməyi 40–60 ABŞ dolları, üçulduzlu oteldə gecələmə isə 45–90 ABŞ dolları arasında dəyişir.
 



4. Trapani (İtaliya)

Dördüncü yeri İtaliyanın Siciliya adasında yerləşən Trapani şəhəri tutur. Balıqçı limanı, tarixi küçələri və dəniz mənzərələri ilə seçilən şəhər hələ də kütləvi turizmdən nisbətən uzaq qalmağı bacarıb.

Trapani yaxınlığındakı Favinyana adası firuzəyi suları və mənzərəli körfəzləri ilə tanınır. Turistlər həmçinin kanat yolu ilə çatmaq mümkün olan orta əsrlərə aid Eriçe şəhərini də ziyarət edə bilərlər.

Trapani şəhərində küçə yeməkləri 4–8 ABŞ dolları, iki nəfərlik restoranda şam yeməyi 55–70 ABŞ dolları, üçulduzlu oteldə gecələmə isə 60–100 ABŞ dolları arasında dəyişir.
 



Mütəxəssislərin fikrincə, bu dörd istiqamət münasib qiymətlər, təmiz çimərliklər və zəngin tarixi irsi bir araya gətirərək Aralıq dənizində büdcəyə uyğun istirahət üçün ən cəlbedici seçimlər sırasında yer alır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->