Xalq artisti Flora Kərimovanın 1993-cü ildə cəbhə bölgəsində, Bərdə batalyonunun əsgərləri ilə görüşünü əks etdirən arxiv görüntüləri paylaşılıb.
Qaynarinfo xəbər verir ki, video "Azərbaycan tarixi” adlı səhifədə yayımlanıb.
84 yaşlı Xalq artisti yayılan görüntülərə biganə qalmayıb və həmin arxiv kadrlarını şəxsi hesabında yenidən paylaşaraq izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Flora Kərimova ictimai-siyasi mövqeyi ilə də seçilən sənətçilərdəndir. O, 1988-ci ildə erməni separatçıların Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdikləri dövrdə Azadlıq Meydanında etirazını açıq şəkildə bildirən ilk qadın sənətçi olub.
Bundan başqa, 1990-cı il qanlı Yanvar hadisələri zamanı Xalq artisti sovet ordusunun hücumlarına etiraz edib.
Şərhlər