Xəbər lenti

Dünya 19:16 05.03.2024

ABŞ Ali Məhkəməsi Trampı seçkiyə niyə buraxdı? (ŞƏRH)

ABŞ Ali Məhkəməsi Kolorado Məhkəməsinin tətbiq etdiyi qadağanı ləğv edərək, prezidentliyə namizəd Donald Trampa Koloradoda seçkilərdə iştirak etməyə icazə verib. 

TASS-ın məlumatına görə, qərar ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü bölməsinin dövlət vəzifəsi sahibləri və namizədlərlə bağlı tətbiqi səlahiyyəti ştatlara deyil, Konqresə aid olduğu üçün qəbul edilib. Qeyd edilib ki, daha əvvəl Kolorado  Məhkəməsi Trampın 2024-cü ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün keçirilən yerli ilkin seçkidə iştirakını qadağan edib, Tramp isə bu qərardan yanvarın əvvəlində ABŞ Ali Məhkəməsinə şikayət etmişdi. Ola bilsin ki, Trampın seçkilərdə iştirakına yaşıl işığın yandırılması Bayden hökumətilə Respublikaçılar Partiyası arasında əldə olunan centlmen razılaşmanın nəticəsidir.
 
Bildiyimiz kimi, Konqresin Nümayəndələr Palatası Vaşinqtonun Ukraynaya ayırdığı 60 milyard dollarlıq yardım paketini təsdiqləməkdən yayınır. Buradakı respublikaçı çoxluq hələlik məsələnin reallaşmasını dondurub ki, bunun da əziyyətini Ukrayna çəkir. Belə bir vəziyyətin yaranması isə seçkilərə hazırlaşan Baydenin nüfuzuna istər-istəməz xələl gətirə və onun məğlubiyyətinə səbəb ola bilər. 

Digər tərəfdən, son ana qədər Trampın seçkilərdə respublikaçıların namizədi olaraq iştirakı məsəlsi də sual altında idi. Belə ki, hakimiyyət hər vəclə çalışırdı ki, Trampın prosesdə iştirakını qanuni vasitələrdən istifadə etməklə dayandırsın. Yəni belədə, hər iki tərəf, yəni həm Bayden hakimiyyəti, həm də Tramp tərəfdarları bir-birinə öz imkanları daxilində təzyiq edirdi. Hakimiyyət məhkəmələr vasitəsilə Trampın seçkilərə qatılmasının qarşısını almağa çalışdığı kimi, respublikaçılar da qanunverici orqandakı çoxluqdan istifadə edərək, Baydenin qarşıya qoyduğu məqsədlərə çatmamasına çalışırdı. 

Bu mübarizənin nəticəsi olaraq, artıq tərərlər razılığa gəliblər. Ali Məhkəmənin bu müstəvidə qərarı göstərir ki, iqtidar Trampın seçkilərdə iştirakına artıq maneələr yaratmayacaq. Bunun müqabilində Nümayəndələr Palatasının respublikaçı çoxluğu da Ukraynaya 60 milyard dollarlıq dəstək paketinə böyük ehtimalla müsbət cavab verəcək. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?