ABŞ-da fəaliyyət göstərən "Frontier”, "Avelo” və digər aşağıbüdcəli aviaşirkətlər aviasiya yanacağının bahalaşması fonunda Donald Tramp administrasiyasına müraciət edərək maliyyə dəstəyi istəyiblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” məlumatlı mənbələrə istinadla yazıb.
Məlumata görə, şirkətlər 2,5 milyard dollar həcmində subsidiya almaq qarşılığında öz səhmlərini təklif edirlər. Bu məbləğ onların cari ildə əvvəlki proqnozlarla müqayisədə aviasiya yanacağına əlavə xərcləyəcəkləri vəsait əsasında hesablanıb.
Mənbələrin bildirdiyinə görə, hesablamalar il sonuna qədər aviasiya yanacağının qiymətinin orta hesabla bir qallon üçün 4 dollardan yüksək qalacağı ehtimalına əsaslanır. Ağ Evin nümayəndələri isə bu məlumatları şərh etməyiblər.
Yanacaq qiymətlərində artım fevral ayının sonunda ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra başlayıb. Bu hadisələr Hörmüz boğazı vasitəsilə neft və digər yanacaq tədarükünün demək olar ki, tam dayanmasına səbəb olub.
Hazırda ABŞ-da aviasiya yanacağının qiyməti bir qallon üçün 4,19 dollar təşkil edir. Aprelin ortalarında ABŞ-ın energetika naziri Kris Rayt bildirib ki, ölkədə benzin qiymətləri daha bir neçə həftə artmaqda davam edəcək. Onun sözlərinə görə, Hörmüz boğazı vasitəsilə gəmi daşımalarının sabitliyi bərpa olunana qədər yanacaq bahalaşması davam edəcək.
Aydın
Şərhlər