Xəbər lenti

Nazilə Səfərli yayılan videodan danışdı:
Maqazin 18:36 27.04.2026

Nazilə Səfərli yayılan videodan danışdı: "Abırımdan utandım"

"Mən bu videonu görəndə şok oldum. Dedim, bu kimdir? Həyatda ikinci oxşarımı da tapdım".

Bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərli Afrikada istirahətdə olduğuna dair yayılan videodan danışarkən deyib. 

Şairə vurğulayıb ki, videodakı qızın geyim tərzi onun üslubu ilə uyğunlaşmır:

"Bu, ayıb video deyil, safaridir, insanlar gedib orada istirahət edir. Mən isə bunu görəndə istər-istəməz abırımdan utandım. Xarici ölkələrə gedəndə fotolarımızı paylaşmasaq da, hamımız şortik geyinirik. Hər halda görsəm ki, məni kimsə çəkir, mane olaram. Deyərəm ki, məni çəkə bilməzsən. Dilini bilməsəm belə, əlimlə "stop” edərəm. Video gizli deyil, açıq-aydın çəkilib".

Nazilə Səfərli daha bir oxşarının da Gürcüstanda olduğunu bildirib:

"Vaxtım yoxdur ki, səhifədə axtarış aparım: bu qız kimdir, əsli-kökü nədir? Çünki bu, ikinci oxşarımdır. Bir oxşarım da Gürcüstanda var - Nino. Günlərin birində canlı açıb, gürcü dilində hamını salamlayıb. Altında yazıblar ki, "Nazilə xanım, necəsiniz?”. Nino da yazıb ki, "Nazilə kimdir”. Gürcüstana gedəndə onu dəvət etdim, görüşdük. O vaxtdan bu günə dostluq edirik. Əgər bu qızı da tapsam, sevə-sevə dostluq edərəm”.

Qeyd edək ki, şairə Nazilə Səfərlinin sosial şəbəkələrdə Afrika savannalarında istirahətdə olduğunu əks etdirən video yayılıb. 

Bahar Rüstəmli

--> -->