Xəbər lenti

ABŞ Avropada hərbi mövcudluğunu azaltdı
Dünya 12:09 08.12.2023

ABŞ Avropada hərbi mövcudluğunu azaltdı

2023-cü il dekabrın 7-nə Avropa NATO ölkələrində ABŞ ordusunun şəxsi heyətinin sayı təxminən 80 min nəfər olub. 2022-ci ilin dekabrına olan məlumata görə, Şimali Atlantika Alyansının üzvü olan Avropa ölkələrində 90 min hərbçinin yerləşdirildiyi bildirilirdi. 

Qaynarinfo bu barədə ABŞ prezidentinin Senat və Nümayəndələr Palatasının spikerlərinə göndərdiyi məktuba istinadən xəbər verir.

2022-ci ilin iyununda ABŞ Müdafiə Nazirliyi fevral ayında Rusiya-Ukrayna hərbi əməliyyatlarının başlamasından sonra Avropaya əlavə 20.000 ABŞ əsgərinin yerləşdirildiyini elan edib. Bundan sonra Avropa ölkələrində ABŞ hərbi qulluqçularının ümumi sayı 2005-ci ildən bəri ilk dəfə olaraq 100 minə çatıb.

2023-cü ilin noyabrında NATO-nun mətbuat xidməti bildirib ki, Rusiya Ukraynaya qoşun yeritdikdən sonra Alyans Şərqi Avropa ölkələrindəki kontingentini artırıb. Noyabr ayına olan məlumata görə, alyansın NATO-nun şərq sərhədlərində 40 minə yaxın hərbi qulluqçusu var. Blok Estoniya, Latviya, Litva və Polşadakı mövcud birləşmələrə əlavə olaraq Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada 4 yeni hərbi birləşmə yaradıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->