Siyasət 12:45 21.05.2022

ABŞ-dan Azərbaycana böyük jest - Deputat

"Azərbaycan xarici siyasətində beynəlxalq hüququn qorunması, bütün ölkələrlə milli maraq döğuran münasibətlərin qorunmasında çox maraqlıdır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunu şərh edərkən deyib. Deputat bildirib ki, bu gün Rusiya-Ukrayna hərbi münaqişəsində Azərbaycan hərbi müdaxiləni dəstəkləmir:
 


"Ukraynanın ərazi bütövlüyünü Kyevlə ilə birlikdə dəstəkləyir və bu ölkəyə maksimim hümanitar yardım göstərməyə çalışırıq. Bu həm Ukraynın rəhbərliyi tərəfindən dəfələrlə vurğulanıb, eyni zamanda beynəlxalq birlik də bunu görür. Azərbaycanın Ukraynada olan yanacaqdoldurma məntəqələri vasitəsi ilə ölkənin xüsusi təyinatlı maşınlarını ödənişsiz yanacaqla təmin etməsi, vaxtaşırı Bakının Kiyevə hümanitar yardım etməsi, Ukraynanın ərazi bütövlüyünün dəstəkləməsində istəlinən sənədin altında Azərbaycanın imza atması buna bariz nümidirr. Bu belədir və bundan sonra da belə olacaq”. 

Aydın Mirzəzadə eyni zamanda Azərbaycanın Rusiya ilə də sıx əlaqələr saxladığını vurğulayıb: 

"Bu problemin tezleiklə həll edilməsində, Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi məsələsini gündəmə gətirir. Amerika Prezidentinin Azərbaycan Prezidentinə təbrik məktubu əlbəttə tək Ukayna məsələsi ilə məhdudlaşmır. ABŞ Azərbaycanın müstəqil daxili xarici siyasətinə hörmətlə yanaşdığını ortaya qoydu”. 

Deputat hesab edir ki, ABŞ Prezidenti məktubunda Azərbaycanla birgə əməkdaşlıq planlarından razılıq etdiyini önə çəkib:
 
"Eyni zamanda bütün ölkələr üçün universal olan demokratiya və insan hüquqları məsələsində də həmişə əməkdaşlıq etməyə hazır olduğunu bildidr. Azərbaycan bu nüfuzu, yüksək qiyməti hesab edirəm ki, düşünülmüş mmilli maraqlarımıza cavab verən beynəlxaq hüquqa uyğun gələn siyasət nəticəsində əldə edib”. 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. 

Bahar Rüstəmli