Xəbər lenti

ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik
Siyasət 23:46 10.07.2025

ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.

"Report"un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Əbu-Dabidə keçirilən görüşlə bağlı sualı cavablandırarkən deyib.

"Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda xəbər verəcək əlavə məlumatımız yoxdur", - o deyib.

T.Bryus ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib:

"Bildiyiniz kimi, Prezident (Donald-red) Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi", - o, fikirlərini yekunlaşdırıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->