Xəbər lenti

Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı, yeniləri təyin edildi
Siyasət 13:35 27.07.2026

Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı, yeniləri təyin edildi

Nərminə Elsevər qızı Mustafayeva Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu, eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının daha bir Sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev isə Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.

Digər Sərəncamlarla Qoşqar Aslan oğlu Zeynalov Qars şəhərinə, Zamin Əliyev isə İstanbul şəhərinə baş konsul təyin ediliblər.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->