Xəbər lenti

ABŞ seçkiləri: Trampın rəqibi Ukrayna ərazilərini Rusiyaya “peşkəş edəcəyinə” söz verdi
Dünya 10:53 29.08.2023

ABŞ seçkiləri: Trampın rəqibi Ukrayna ərazilərini Rusiyaya “peşkəş edəcəyinə” söz verdi

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə potensial namizəd Vivek Ramasvami bildirib ki, o, Ukraynanın işğal olunmuş ərazilərini Rusiya ərazisi kimi tanıyır və qələbə qazanacağı təqdirdə Ukraynanın NATO-ya gedən yolunu da bağlayacaq.

Qaynarinfo xəbər verir ki, o, köşə yazısında "uduşsuz müharibini təbliğ edən faydalı idiotların qaniçən sözlərini" rədd edəcəyinə söz verib. "Ukraynada müharibə nə qədər uzansa, bir o qədər aydın olur ki, yalnız bir qalib var: Çin. Mən Niksonun 1972-ci ildə etdiklərinin əksini edərək, Amerikanı moralizmdən realizmə aparacağam: 2025-ci ildə Moskvaya gedəcəyəm", - Ramasvami yazıb.

O, ABŞ üçün əlverişli adlandırdığı şərtlərlə Ukraynada "sülh”ü təmin edəcəyinə söz verir. "Bayden administrasiyası axmaqcasına Si Szinpini Putini tərk etməyə çalışır. Əslində biz Putini Sini tərk etməyə məcbur etməliyik", - siyasətçi deyib.

Respublikaçı Rusiyanın işğal olunmuş ərazilər üzərində nəzarəti ilə razılaşacağını bildirib və Rusiyanın Çinlə hərbi ittifaqdan çıxması müqabilində Ukraynanın NATO-ya namizədliyini əngəlləməyə söz verib.
"Mən sanksiyalara son qoyacağam və Rusiyanı dünya bazarına qaytaracağam. Bu yolla Rusiyanı Şərqi Asiyada Çin dizaynlarına strateji maneə kimi qoyacağam", - o əlavə edib.

Ramasvami amerikalı sahibkar və siyasətçi, biofarmasevtika şirkətinin yaradıcısıdır.

O, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə iddialılar arasında debatların birinci raundunun qalibi olub. Donald Tramp debatda iştirak etməyib.

Yayın əvvəlində Ramasvami deyib ki, Vaşinqton diqqətini Çinlə qarşıdurmaya yönəltməli və Ukraynanı "böyük güzəştlərə” məcbur etməlidir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->