Xəbər lenti

Abid Şərifovun şirkəti məhkəməlik oldu - 900 minə yaxın vergi borcu da var
Ekonomiks 12:44 10.07.2025

Abid Şərifovun şirkəti məhkəməlik oldu - 900 minə yaxın vergi borcu da var

Baş nazirin keçmiş müavini "Euro-Asiya Construction" MMC məhkəməyə verilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, MMC ağır texnikaların icarəsini həyata keçirən şirkətlərdən biri (dəqiqləşdirmə apardığımızdan hələlik adını açıqlamırıq-red) ilə icarə müqaviləsi bağlayıb. Lakin müqavilə öhdəliklərinə əməl etməyib. 

İddiaçı ərizəsində göstərib ki, "Euro-Asiya Construction" MMC-nin icarə haqqı olaraq 24 672,57 manat borcu var. Şirkət borcun ödənilməsinin təmin olunmasını xahiş edib. 

İşə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılıb və iddia təmin edilib. Ülkər Həsənova "Euro-Asiya Construction" MMC-dən əlavə dəyər vergisi və 179,61 manat dövlət rüsumu da daxil olmaqla 30 049,25 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə qətmanə çıxarıb. 

"Euro-Asiya Construction" MMC 2017-ci ildə qeydiyyata alınıb. Şirkət 2023-cü ilədək "Cənub Nəqliyyat Layihə" MMC adı altında fəaliyyət göstərib. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Sadıqov İsmayıl Lətif oğludur. 

Şirkətin hazırda 877 321,29 manat vergi borcu var. 

Mediada gedən məlumatlarda şirkətin Abid Şərifova məxsus olduğu iddia edilir. Qarşı tərəfin bu iddianı təkzib etdiyinə dair heç məlumata rast gəlinmir. 

Azərbaycanın ən iri inşaat şirkətlərindən biri olan və "Azərkörpü" ASC-nin bazasında yaradıla "Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC-nin də Abid Şərifova məxsus olduğu bildirilir.

Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışıb. 

Seyid 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->