Xəbər lenti

Bakıda 2,5 milyon manata şadlıq sarayı satılır
Ekonomiks 17:15 07.08.2026

Bakıda 2,5 milyon manata şadlıq sarayı satılır

Bakının Qaraçuxur qəsəbəsində yerləşən "Cihan Saray" 2 milyon 500 min manata satışa çıxarılıb.

Qaynarinfo Valyuta.az-a istinadən xəbər verir ki, satışa təqdim edilən ikimərtəbəli obyektin ümumi faydalı sahəsi 1 048,2 kvadratmetrdir.

Bunun 840,6 kvadratmetrini zallar, 207,6 kvadratmetrini isə köməkçi sahələr təşkil edir.

Obyektin tavan hündürlüyü 11,3 metrdir. Bildirilir ki, geniş zallara və əlavə sahələrə malik bina şadlıq sarayı kimi fəaliyyət göstərmək üçün uyğundur.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->