Xəbər lenti

AccessBank
Ekonomiks 17:44 26.12.2025

AccessBank "Qızıl Şans" lotereyasının ikinci tirajının qaliblərini elan etdi

AccessBank "Qızıl Şans” lombard lotereyasının ikinci tirajının qaliblərini açıqlayıb. Tiraj 26 dekabr tarixində saat 15:00-da Bankın Baş Ofisində (Tbilisi prospekti 3) keçirilib və AccessBank-ın rəsmi Facebook və YouTube hesabları vasitəsilə canlı yayımlanıb.


"Qızıl Şans” lombard lotereyasının şərtləri ilə bu linkdən tanış olmaq mümkündür:

https://www.accessbank.az/az/g/lombard/qizilshans/


Bu dəfə lotereyada 6 000-ə yaxın müştəri iştirak edib (birinci tirajda isə təxminən 3 000 müştəri iştirak edib). Lotereyanın şərtlərinə əsasən, ikinci tirajda yalnız 16 avqust – 19 dekabr 2025-ci il tarixləri arasında lombard krediti rəsmiləşdirən müştərilər iştirak ediblər. Birinci tirajda isə 17 aprel – 15 avqust 2025-ci il tarixləri arasında lombard krediti rəsmiləşdirən müştərilər iştirak edib.


Hər 1 000 AZN məbləğində lombard krediti üzrə müştərilərə 1 iştirak hüququ verilib. Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən edilib. "Qızıl Şans” stimullaşdırıcı lotereya kampaniyasının şərtlərinin 9-cu bəndinə edilən dəyişikliyə əsasən, qaliblər ".Net” proqramı vasitəsilə seçilib.


Qaliblərin siyahısını təqdim edirik:




Qalibləri təbrik edir, "Qızıl Şans” stimullaşdırıcı lotereya kampaniyasında iştirak edən bütün müştərilərimizə təşəkkür edirik.

 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.

 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

--> -->