Tədqiqatçı siyasətşünas, yazıçı-publisist Elşən Nəsibovun sevgidən bəhs edən "Mənim Hema Malinim” adlı yeni bədii romanı işıq üzü görüb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, əsərdə baş qəhrəmanlar — Xuraman və Şahin arasında platonik məhəbbət xətti təsvir olunur. Xuraman dul qadındır, iki övladı var və evli olan Şahinə ilk baxışdan vurulur. Şahin də bu hissləri bölüşsə də, ailəsinə sadiq qalır. Onların münasibəti ailə qurmağa imkan verməyən daxili ziddiyyətlər və sosial maneələrlə üzləşir.
Süjetin kulminasiyasında Şahinə qarşı sui-qəsd cəhdi baş verir, Xuraman isə onu xilas etməyə çalışaraq yaralanır. Bu hadisə onların münasibətini dostluq mərhələsinə daşıyır.
Əsər dram və romantika janrındadır, geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.
Şərhlər