Xəbər lenti

Adrian Mutu istefaya göndərildi (YENİLƏNİB)
İdman 18:04 24.12.2023

Adrian Mutu istefaya göndərildi (YENİLƏNİB)

"Neftçi” Adrian Mutu ilə yollarını ayırması barədə xəbərləri təsdiq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

"Bu gün "Neftçi” PFK ilə Adrian Mutu arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi. "Neftçi” PFK Adrian Mutuya əməkdaşlığa və sərf etdiyi əməyə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar diləyir. Eyni zamanda, klub Adrian Mutuya anasının vəfatı ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verir. 

Hazırda Azərbaycan Premyer Liqası və Kubokunda yüksək nəticələr uğrunda mübarizə aparan "Neftçi” PFK bu dövrdə bütün azarkeşlərini dəstək olmağa, komandanın ətrafında sıx birləşməyə çağırır", deyə klubdan bildirilib.

13.00
 
"Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gənc çalışdırıcı Azərbaycan Kubokunda "Qaradağ Lökbatan”la matçdan öncə ölkəsinə yollanıb.

Klubdan Mutunun anasının vəfatı ilə əlaqədar vətəninə yollandığı deyilsə də, Premyer Liqanın 17-ci turunda "Qarabağ”a məğlubiyyətdən sonra rəhbərlik onunla yolları ayırmaq barədə qərar qəbul edib. Rumıniyalı çalışdırıcının köməkçiləri isə bu gün "Kəpəz”lə matçdan sonra vətəninə yollanacaq.

Gəncəlilərlə matç onlar üçün sonuncu olacaq. "Neftçi” rəhbərliyi isə artıq yeni məşqçi axtarışındadır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->