Xəbər lenti

AFFA
İdman 11:00 06.08.2026

AFFA "Bolonya"nın futbolçusunu, o isə Qazaxıstan yığmasını istəyir

Gələn il Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək U-20-lər arasında dünya çempionatına hazırlaşan milli komandamızın heyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Qaynarinfo futbolinfo.az-a istinadən xəbər verir ki, AFFA indi də İtaliyanın "Bolonya” klubunun qazaxıstanlı futbolçusu Ömər Muradovun xidmətində maraqlıdır.

Qazaxıstan mətbuatının iddiasına görə, AFFA bununla bağlı artıq qarşı tərəflə danışıqlara başlayıb. Assosiasiya rəhbərliyinin niyyəti 18 yaşlı yarımmüdafiəçini U-20-lərin dünya çempionatı üçün müvafiq milliyə cəlb etməkdir.

Lakin Muradov hələlik qərar verməyə tələsmir. O, daha çox Qazaxıstan yığmasının formasını geyinməyi arzulayır.

Qeyd edək ki, Ömər Qazaxıstanda doğulub, 15 yaşına kimi burada yaşayıb. AFFA-nın onu yığmaya dəvət etməsinin səbəbi oyunçunun atasının şuşalı olmasıdır. Tarixi bağlar Muradovun millimizdə oynamasına imkan verir. Futbolçu açıqlamalarında Azərbaycan dilini bildiyini söyləyib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->