Xəbər lenti

Dünya 10:37 08.04.2024

Ağ Ev İsrailin Qəzzadan qoşunlarını qismən çıxarmasına münasibət bildirdi

ABŞ prezident administrasiyası bildirib ki, Qəzza zolağının cənub hissəsində İsrail hərbçilərinin sayının azaldılması istirahət və yenidən silahlanma ehtiyacı ilə bağlıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "ABC News"a müsahibəsində bildirib.

Onun fikrincə, bu, Yəhudi Dövlətinin Qəzzada yeni əməliyyatlar keçirməsinə işarə etmir.

"Bizim anladığımız qədər, həm də onların açıq bəyanatlarına əsaslanaraq, söhbət yalnız bu qoşunların istirahəti və yenidən təchiz edilməsindən gedir”, – Kirbi bildirib.
 
Bazar günü İsrail Qəzzanın cənubundan qoşunlarını çıxardığını və orada yalnız bir briqada qaldığını bildirib.

Eyni zamanda, Qüds və HƏMAS terror qruplaşması altı aydır davam edən münaqişədə mümkün atəşkəslə bağlı yeni danışıqlar üçün Misirə nümayəndələr göndərib.

Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Barbok HƏMAS yaraqlılarını İsraildə əsir götürülən girovları dərhal azad etməyə və silahlarını yerə qoymağa çağırıb.

Bu arada Böyük Britaniyanın xarici işlər naziri David Kameron bazar günü İsrailin 7 nəfərin ölümünə səbəb olan yardım karvanına hücumundan sonra İsraili beynəlxalq humanitar qanunlara hörmət etməyə çağırıb.

ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl  İsrailə xəbərdarlıq etmişdi ki, Qəzza zolağındakı mülki şəxslərə humanitar yardım davamlı və fasiləsiz çatdırılmalıdır.

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında ona xəbərdarlıq edib ki, ABŞ-ın Qəzza zolağında gələcək siyasəti  İsrailin mülki əhali arasında itkilərin qarşısını almaq üçün görəcəyi işlərdən asılı olacaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->