Bu gün 2024-2025-ci tədris ilində İsmayıllı rayonunda təhsil sahəsində yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib.
Qaynarinfo xəbər verir ki, rayon üzrə 535-dən artıq şagird tələbə adını qazanaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Onlardan 30 nəfəri 600-dən, 86 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Ən yüksək nəticəni İsmayıllı şəhər N. Behdiyev adına 6 saylı tam orta məktəbin məzunu Həsənli Osman Rahim oğlu göstərib. O, 673.8 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olunub.
İcra Hakimiyyətinin başçısı Nahid Bağırov uğur qazanmış gəncləri, onların müəllimlərini və valideynlərini səmimi-qəlbdən təbrik edib, doğma Vətənimizin daha da qüdrətlənməsi yolunda möhkəm iradə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
"Təhsil hər bir ölkənin və rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Təhsil millətin gələcəyidir.” Bu gün ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təhsilimiz daim inkişaf edir. Sevinirəm ki, məhz sizin kimi istedadlı gənclərin uğurları nəticəsində İsmayıllı təhsili hər zaman ön sıralarda dayanır", deyə icra başçısı bildirib.
Şərhlər