Xalq artisti Faiq Ağayev bəzi həmkarlarını tənqid edib. Sənətçi qadın həmkarlarını "satılıq mal” adlandırıb:
"Qadın ifaçıları "satılıq mal" kimi özlərini səhnəyə çıxardırlar. Almanın üstünə parafin vururlar ki, parıldasın. Siləndə görürsən ki, dadlı deyil. Üstəgəl Qafqazda, Azərbaycanda qadın özünü o vəziyyətə salmamalıdır. Elə insanların qarşısını kəsərdim. Bədənin var, qoy sevgilin, həyat yoldaşın onu görsün. Amma efirə belə geyinmə. Gedib əməliyyat edib həkimlərə pul qazandırmısan. Həkim də kimdən qazanmalıdır?".
Şou verilişlərinin eksperti Anar Vəziroğlu Qaynarinfo-ya açıqlamasında həmin qadınların cəmiyyətin bir parçası olduğunu deyib:
"Yaxşı olar ki, Faiq Ağayev ad çəksin. Amma niyə ad çəkmir? Qorxur? Onlar kimlərdir? Həmin qadınlar bu cəmiyyətin üzvləridir. Hamı deyir ki, bizim dövrümüzdə belə şey yox idi, zəmanə dəyişib və s. Xeyr, insan bütün varlığı ilə bir ailədən çıxır. Əgər ailə korlanıbsa, bu, mütləq onun nəvəsindən, qızından birində biruzə verəcək. Bu dəqiqə hamı səhnəyə soyunub çıxır. Əvvəllər Aygün, Röya soyunurdu. Adamlar deyirdi ki, bunlar dünyanın ən müstəqil adamlardı, necə istəyirsə, elə də yaşayır. Sonra cəmiyyət gördü ki, yox e, onların ardıcılları gəlir”.
Anar Vəziroğlu həmin adamların arxalarında böyük güclərin olduğunu diqqətə çatdırıb:
"Onların sponsorları elə-belə adamlar deyil, ən yüksək mərtəbədən olan adamlardır. Gecə vaxtı yeyib-içirlər, 100 qram vurur, televiziyanın rəhbərinə zəng edirlər ki, "mənim sevgilim niyə efirə çıxmayıb? Deməmişdimmi, onları filan saatda çıxarın efirə”. Az qalırlar ki, həmin müğənniləri "Xəbərlər” proqramlarının ortasında efirə çıxartsınlar. Biz buyuq. Onlar pulları, yaxud da başqa şeyləri ilə fəqlənir. Bəlkə də onların yerinə mən olsaydım, daha biədəb şeylər istəyərdim. Murdar bir toxum səpiblər, restoranlara girmək olmur, çox abırsız geyinirlər. Deyirsən, ilahi, mən hara düşmüşəm? Bu dəhşətdir. Onları orada balaca kütlə görür, amma bir də həmin geyimdə efirə çıxırlar. Bu zaman isə onları xalq görür. Ad çəkmirik, onlar da bizi minib-çapırlar. Efirdə verilən sullar bunlardır - ayaqqabın, çantan neçəyədir? Tuman-köynəyin hansı markadır və s. Bu, sual deyl, qadındırsa, əyninə nəsə geyinməlidir, lüt gəlməyəcək”.
Bahar Rüstəmli
Şərhlər