Xəbər lenti

Şahin Bağırovdan işdən çıxarılan generalın yerinə təyinat (FOTO)
Ekonomiks 12:34 20.07.2026

Şahin Bağırovdan işdən çıxarılan generalın yerinə təyinat (FOTO)

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Qaynarinfo "Unikal”a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Şahin Bağırovun Əmri ilə bu vəzifəyə Astara Gömrük Postunun rəisi Seyfulla Lətif oğlu İsmayılov gətirilib.

Qeyd edək ki, İdarənin rəisi vəzifəsində uzun müddət Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi işləmiş, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Həsən Eyyubov çalışıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->