Xəbər lenti

AK Rusiyanın aktivləri üzrə faizləri müsadirə etmək istəyir
Dünya 18:20 17.09.2023

AK Rusiyanın aktivləri üzrə faizləri müsadirə etmək istəyir

Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən dividendlər alan təşkilatları mənfəətin böyük hissəsini Avropa İttifaqının büdcəsinə yönəltməyə məcbur etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Avropalı siyasətçilərin qərarının təşkilatın büdcəsinə bir neçə milyard avro gəlir gətirəcəyi gözlənilir.

Agentlik aydınlaşdırıb ki, Aİ rəsmiləri Almaniya, Fransa, İspaniya, İtaliya və Belçika nümayəndələri ilə görüşdə Rusiya Bankının bloklanmış aktivlərindən əldə olunan gəlirlərə vergi tətbiq etməyi təklif ediblər. Həmsöhbətlər əlavə ediblər ki, Rusiyanın aktivlərinin ümumi məbləği təxminən 200 milyard avro təşkil edir.

Eyni zamanda, Rusiyanın müsadirə olunan aktivlərinin çoxu nağd pul və depozitlərdə, qalanı isə istiqrazlardadır.

Məlumdur ki, qiymətli kağızların əsas hissəsi Belçikanın "Euroclear" depozitarında saxlanılır. Bu ilin birinci rübündə maliyyə qrupunun Rusiya aktivlərindən mənfəəti 750 milyon avro təşkil edib. Rusiya aktivlərinin faizlərinin müsadirə edilməsi təşəbbüsü dəstəklənərsə, bu, demək olar ki, 3 milyard avro gəlir gətirə bilər.

Hazırda işçi qrup planın mərhələli şəkildə icrasını təsdiqləyib.

Bəzi siyasətçilər qərarın Aİ valyutasına mənfi təsir edəcəyindən narahatdırlar, çünki bu cür tədbirlər digər ehtiyat sahiblərini avrodan imtina etməyə sövq edə bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->