Xəbər lenti

Dünya 13:00 04.01.2024

Alen Delonun oğlu bacısını atası haqqında həqiqəti gizlətməkdə ittiham etdi

Məşhur fransız aktyoru Alen Delonun oğlu Entoni Delon bacısı Anuşkanı atalarının koqnitiv (idrak) pozğunluğu ilə bağlı məlumatları ailəsindən gizlətməkdə ittiham edib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Paris Match" jurnalına müsahibəsində danışıb.

Entoni bildirib ki, bacısı ona və qardaşına 2019-2022-ci illər arasında Alan Delonun İsveçrədəki klinikalardan birində 5 idrak testi olunduğunu və heç birindən keçə bilmədiyini söyləməyib.

Entoni Delon hesab edir ki, bu məlumatı gizlətmək atanı psixoloji zəiflik vəziyyətinə salıb. O, həmçinin bildirib ki, Anuşka klinikada əlaqəki adam olub və səhhətində yaranan problemlər barədə atasına məlumat vermədən öz maraqlarından çıxış edib. Entoni Delonun sözlərinə görə, o, artıq bununla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb, lakin onun verdiyi bəyanat Anuşka Delonun sonradan mühakimə olunması üçün əsas vermir.

Bundan əvvəl Alen Delonun övladları atalarının tibb bacısı Hiromi Rollini mənəvi zərər vurmaqda ittiham edərək, məhkəməyə şikayət etmişdilər və aktyorun özü də bu şikayətə qoşulmuşdu. Öz növbəsində Entoni Delon Hiromi Rollinə qarşı ayrıca şikayət ərizəsi verib, onu təqib etməkdə, həssas bir şəxsə qarşı zorakılıqda, zəiflikdən sui-istifadədə və aktyorun itlərinə qarşı amansızlıqda ittiham edib. Qadın da öz növbəsində aktyorun uşaqlarına qarşı böhtan, zorakılıq və oğurluqla bağlı şikayət edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->